
Sentyabrın 15-də Masallı Tarix- Diyarşünaslıq Muzeyi tərəfindən ailə institutunun möhkəmləndirilməsi və milli-mənəvi dəyərlərin gənc nəsillərə aşılanması məqsədilə “Ailə dəyərləri-cəmiyyətin təməli” mövzusunda maarifləndirici tədbir keçirilib.
Cənub Press xəbər verir ki, tədbirdə Masallı Tibb Peşə məktəbinin şagird və müəllimləri iştirak etdiblər.
İlk olaraq Vətənin azadlığı və suverenliyi uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə ilk çıxış edən Muzeyin direktoru Əntiqə Tağıyeva ailənin cəmiyyətin əsas dayağı olduğunu vurğulayıb, sağlam ailə mühitinin formalaşdırılması, valideyn-övlad münasibətlərinin düzgün qurulması və gənclərin milli ruhda tərbiyəsi mövzularında fikirlərini qeyd edib.
Daha sonra Tibb Peşə məktəbinin direktoru Alxas Şahverdiyev və müəllimə Bahar xanım milli ailə dəyərlərini özündə birləşdirən müasir ailə dəyərləri,onun qorumağı təbliğ etməklə yanaşı bu gün cəmiyyətimiz üçün ciddi bəlaya çevrilən boşanmalar və onların yaratdığı fəsadlar,qloballaşan dünyada sosial şəbəkələrin ailədaxili münasibətlərə təsirindən geniş danışlblar.
Müzakirələr zamanı ailə bağlarının möhkəmləndirilməsi, erkən nikah hallarının qarşısının alınması, gənclərin maarifləndirilməsi və ailə dəyərlərinin təbliği istiqamətində görülən işlər geniş şəkildə müzakirə edilib.
Ailə institutunun gücləndirilməsi, cəmiyyətin inkişafı və gələcək nəslin sağlam tərbiyəsi üçün bu cür maarifləndirici tədbirlərin əhəmiyyətinə diqqət çəkilib.
Tədbirin sonunda iştirakçılar muzeyə ekskursiya ediblər.
