
Sentyabrın 20-dək ölkə ərazisində qeyri sabit hava şəraiti hökm sürəcək.
Cənub Press xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb. Məlumatda bildirilir ki, qeyd olunan tarixlərdə ölkə ərazisində ara bir yağış yağacağı, külək əsəcəyi və şimşək çaxacağı gözlənilir. Sentyabrın 20-dək havanın temperaturu gündüzlər +22, 25 gecələr isə +10, 14 dərəcə təşkil edəcək.
Sinoptiklər bildirir ki, 20 sentyabrdan etibarən havanın temperaturu 5-7 dərəcə artacaq və günəşli hava şəraiti davam edəcək.
Nərmin Əliyeva, Cənub Press