
Sentyabrın 16-da şəhər sakinləri Gənclər və İdman Nazirliyinin təşəbbüsünə qoşularaq Lənkəran şəhər Milli qəhrəman Əsgər Əliyev adına Dostluq parkında idman edərək sağlam həyat tərzinə çağırış ediblər.
Cənub Press xəbər verir ki, Nazirliyin “Sağlam həyat” layihəsi çərçivəsində Lənkəran şəhər Əsgər Əliyev və Sahil parklarında, Heydər Əliyev adına Xatirə Parkında, eyni zamanda regionun Astara, Masallı, Cəlilabad, Yardımlı və Lerik rayonlarının mərkəzi parklarında həftə içi altı gün, səhər saat 7-dən 8-dək səhər məşqləri keçiriləcək.
Məqsəd idmanın hər bir insan üçün həyat tərzinə çevrilməsi və hər kəsin günə gümrah başlamasıdır.
“Səhər idmanı”na qosulmaq üçün əlaqələndirici şəxs Xəyyam Rəsulov.
Əlaqə nömrəsi 055-599-47-11