
Qoç
Sakitliyi qorumaq asan olmayacaq, baxmayaraq ki, gün ümumilikdə pis keçməyəcək. Siz xırda hadisələrə görə narahat olmağa, planların pozulmasına ürəkdən təəssüflənməyə meylli olacaqsınız. Ətrafınızdakı insanlar sizin narahatlığınızın səbəbini hər zaman başa düşməyəcək, sizi ruhlandırmaq istəyəndə isə qeyri-münasib və ya hətta incitici sözlər deyə bilərlər. Amma əgər emosiyalarınızı nəzarətdə saxlaya bilsəniz və deyilənlərdə məntiqli tərəfi görməyə çalışsanız, qarşılıqlı iradlar və münaqişələrdən qaçmaq mümkün olacaq.
Əgər diqqətinizi işə yönəltsəniz, gün çox məhsuldar keçəcək, çünki həm köhnə işləri tamamlamaq, həm də yenilərinə başlamaq üçün münasib vaxt olacaq. Təkbaşına deyil, başqaları ilə birləşərək işləmək daha yaxşıdır – eyni məqsədə yönəlmiş insanlardan ibarət komanda toplamaq faydalı olacaq. Siz başqalarına rəhbərlik etməkdə çox uğurlu olacaqsınız.
Buğa
Bu gün nə qədər mübahisə olsa da, qalib gələcəyinizə şübhə yoxdur. Maraqlısı odur ki, bunu heç kimi incitmədən, hətta öz baxışınızı təkzib etdiyiniz insanlarla da münasibətləri pozmadan bacaracaqsınız. Amma qızğın müzakirələr zaman və enerji aparacaq, hansı ki, daha faydalı işlərə sərf edilə bilərdi. Buna görə də bu cür debatlara həddindən artıq aludə olmayın.
Vacib iş məsələlərini həll edərkən çətinliklər istisna deyil. Çoxlu ziddiyyətli məlumatlar daxil olacaq və onların hər birini yoxlamaq üçün sizə kifayət qədər vaxt lazım olacaq. Təəssüf ki, sizi çaşdırmaq istəyənlər arasında əvvəllər yaxşı yola getdiyiniz və uğurla əməkdaşlıq etdiyiniz insanlar da ola bilər.
Əkizlər
Uğur qazanmaq üçün bir işə fokuslanmaq daha yaxşıdır. Bəzi Əkizlər hansı məsələyə üstünlük verəcəklərini dərhal müəyyən edə bilməyəcəklər. Amma qərarı nə qədər tez versəniz, gün bir o qədər məhsuldar keçəcək. Unutmayın ki, bu gün sizə çox məsləhətlər veriləcək, lakin başqalarının fikrindən çox, öz intuysiyanıza güvənməlisiniz.
Ulduzlar xüsusilə hüquqi məsələlərlə məşğul olan, münaqişələrin həllinə çalışan Əkizlərə dəstək olacaq. Həmçinin əməkdaşlıq müqavilələrinin hazırlanması, birgə işin şərtlərinin müzakirəsi üçün də münasib gündür. Müsahibələr, potensial tərəfdaşlarla görüşlər uğurlu keçəcək.
Xərçəng
Diqqət və səbrlə yanaşmağı, həm də yaradıcı düşüncə tələb edən işləri günün ilk yarısına planlaşdırmaq yaxşıdır. Bu vaxtda sizə çətin görünən məsələlərlə məşğul ola bilərsiniz – məlum olacaq ki, heç kimin köməyinə ehtiyac duymadan da onların öhdəsindən gələ bilirsiniz.
Müsbət tendensiyaların təsiri tədricən azalacaq və hadisələrin gedişi yavaşıyacaq. Gözlənilməz gecikmələr mümkündür. Ola bilər ki, bu səbəbdən planlaşdırdığınız əyləncə və ya görüşləri təxirə salmalı olasınız. Səfərdə olan Xərçənglər isə hansısa yerə gecikmək riski ilə üzləşə bilərlər.
Şir
Səhər baş verən xırda anlaşılmazlıqların əhvalınızı pozmasına imkan verməyin. Onlara diqqət etməyə dəyməz. Əvvəla, bu xoşagəlməz hadisələrin ciddi nəticələri olmayacaq, ikincisi, çox keçmədən müsbət tendensiyaların təsiri güclənəcək, bəzi problemlər özü-özünə həll olunacaq, bəzilərini isə unutmaq mümkün olacaq. Ona görə də tələsik qərarlar verməyin, nəsə alınmayanda planlarınızdan imtina etməyə tələsməyin.
Günün ikinci yarısında ev işlərinə fokuslanan Şirlər məhsuldar zaman keçirəcəklər. Məişət problemlərini tez bir zamanda həll etmək mümkün olacaq. Bu vaxt mebel, məişət texnikası və digər faydalı əşyaların alınması üçün də əlverişlidir. Yeni mənbədən əldə etdiyiniz pul bu işdə köməyinizə çatacaq.
Qız
Pul ilə bağlı məsələləri səhər həll etmək daha yaxşıdır. Məhz bu vaxtda vəziyyəti düzgün qiymətləndirmək, hər şeyi hesablayıb heç nəyi gözdən qaçırmamaq daha asan olacaq. Gözlənilməz mənbələrdən maliyyə daxilolmaları mümkündür. Məsələn, maaş artımı kimi gəliri artıracaq təkliflər də istisna deyil. Siz heç kimin sözünə kor-koranə inanmayacaq və bu, tamamilə ağıllı addım olacaq. Heç kim sizi çaşdıra bilməyəcək.
Gün boyu ünsiyyət üçün əlverişli olsa da, ailəvi tədbirlər və dostlarla görüşlər üçün axşam daha münasibdir. Bu zaman Qız valideynləri üçün də xoş xəbərlər ola bilər. Romantik münasibətlərdə ciddi dəyişikliklər gözlənilmir, lakin ümumilikdə vəziyyətdən razı qalacaqsınız.
Tərəzi
Səhər vacib məsələlər barədə razılığa gəlmək çətin olacaq. Ona görə də təkbaşına həll etmək istədiyiniz işlərə fokuslanın, birgə layihələri isə bir neçə saat sonraya təxirə salın. Yaxınlarınızla fikir ayrılıqlarından da qaçmaq çətin olacaq. Günün ortalarına doğru isə ünsiyyət daha asanlaşacaq, az sonra isə konstruktiv danışıqlar üçün münasib dövr başlayacaq.
Axşam dostlarla görüşlər, əyləncə və tədbirlərə qatılmaq üçün uyğundur. Ola bilər ki, belə bir tədbirdə diqqət mərkəzində olasınız və ilk baxışdan sizə simpatiya oyadacaq biri ilə tanış olasınız.
Əqrəb
Səbirli olun: günün ilk yarısında bu sizə mütləq lazım olacaq. Birincisi, bu vaxt işlərdə gecikmələr mümkündür. İkincisi, ətrafınızdakı insanlar çox ləng davranacaqlar (elə bil sizi qəsdən əsəbiləşdirmək istəyirlər!), siz isə böyük ehtimalla kimisə gözləməli olacaqsınız.
Günün ortalarında hadisələr daha canlı inkişaf edəcək və qarşınızda yeni imkanlar açılacaq. Bu zaman özünüzü itirməmək vacibdir: sürətli hərəkət etməli və nə etməli olduğunuzu intuisiya sizə göstərəcək. İşə fokuslanan Əqrəblər yalnız bütün məsələləri həll etməklə kifayətlənməyəcək, gizli düşmənlərini də ifşa edərək, onları zərərsizləşdirə biləcəklər.
Oxatan
Elə bil, bütün işlər eyni anda diqqət tələb edir və bəzi Oxatanlar nəyə prioritet verməli olduqlarını dərhal müəyyən edə bilməyəcəklər. Köhnə tanışlardan biri ilə məsləhətləşə bilərsiniz, amma verilən məsləhətləri kor-koranə izləmək düzgün deyil. Başqalarının tövsiyələrinə kor-koranə əməl etsəniz, maraqlı bir fürsəti əldən verə bilərsiniz.
İş planlaşdırdığınızdan daha çox vaxt aparacaq. Bəzi Oxatanlar hətta əlavə saatlarla işləməli olacaqlar. Bu, xüsusilə sənədlərlə məşğul olan, rəsmi sorğular hazırlayan, hesabat və analitika ilə işləyənlərə aiddir. Belə Oxatanlar bu gün daha çox yayındırılacaq və bu da məhsuldarlığa mənfi təsir göstərəcək.
Oğlaq
Günün əvvəlində göstərəcəyiniz qətiyyət çox faydalı olacaq. Məhz onun sayəsində əvvəllər çox çətin görünən işlərin öhdəsindən tez gələcək, bir neçə vacib məsələni eyni anda həll edəcəksiniz. Bu vaxt həm də sizin üçün vacib dəstəyə malik insanlarla ünsiyyət üçün münasibdir. Əvvəllər razılığa gəlmək mümkün olmasa da, indi hamının razı qalacağı bir həll yolu tapmaq şansı yaranacaq.
Axşam sevindirici olacaq. Bu vaxt tanışlarının taleyindən narahat olan və ya ailə mülkiyyəti ilə bağlı məsələnin həllini gözləyən Oğlaqlar üçün yaxşı xəbərlər ola bilər. Əhəmiyyətli miqdarda pul gəlişi də istisna deyil. Sevgi məsələlərində də şanslısınız – bu, xüsusilə son zamanlar təkliyindən əziyyət çəkən yetkin Oğlaqlara aiddir.
Dolça
Günün əvvəli ziddiyyətli olacaq. Əslində narahat olmağa ciddi səbəb yoxdur, amma həyəcan hissindən qurtulmaq çətin olacaq. Bir çox Dolçalar əvvəlki qərarlarının düzgünlüyündən şübhələnəcəklər və bu cür insanlar məsləhətləşə biləcəkləri şəxsləri dərhal tapa bilməyəcəklər.
Zaman keçdikcə vəziyyət daha aydın, sabit və proqnozlaşdırıla bilən olacaq. Şübhələri bir kənara qoyacaq və diqqətinizi vacib işlərə yönəldəcəksiniz. Bu işlər sizə asanlıqla uğur gətirəcək, xüsusilə də öz yolunuzla hərəkət etməyə qərar versəniz.
Balıq
İmkanınızdan istifadə edib nəsə vacib və faydalı bir iş görün. Bu gün bir çox işlər asanlıqla alınacaq, intuisiya isə sizə necə hərəkət etməli olduğunuzu göstərəcək. Əsas odur ki, çox gözləməyin və qətiyyətli addım atmaq üçün ən münasib anı qaçırmayın. Gənc Balıqlar üçün şübhələri bir kənara atmaq çətin olacaq. Amma daha təcrübəli və özünə güvənən Balıqlar nə etməli olduqlarını tez anlayacaqlar.
Aşiq olan Balıqları romantik sürprizlər gözləyir. Uzun müddətdir kiməsə simpatiyası olan, amma bu hissin qarşılıqlı olduğuna əmin olmayanlar isə diqqət və ya gözlənilməz bir etirafla qarşılaşa bilərlər. (Bizimyol.info)
Nərmin Əliyeva, Cənub Press