
Ukrayna münaqişəsinin sona çatması üçün Ukrayna Rusiya ilə razılaşmalı və NATO üzvlüyündən imtina etməlidir.
Cənub Press xəbər verir ki, siyasi şərhçi Ted Snayder bu fikri “The American Conservative” nəşrinə deyib.
Ukraynada münaqişənin başa çatmaq üzrə olduğunu deyən Snayder iddia edir ki, Rusiya döyüşdə qalib gələcək: “Kiyevin sarsıdıcı məğlubiyyəti gözləməkdənsə, Rusiya ilə razılığa gəlmək üçün hər cür əsası var”.
Snayder həmçinin qeyd edib ki, Rusiya-Ukrayna münaqişəsinin əsas səbəblərindən biri Kiyev və NATO arasında tərəfdaşlığın güclənməsi olub. Onun fikrinə görə, Ukrayna alyansla əməkdaşlıqdan imtina etməli və heç vaxt ona qoşulmamalıdır. O bəyan edib ki, bu şərt Ukrayna üçün təhlükəsizliyin ən etibarlı təminatı olacaq.
Nərmin Əliyeva, Cənub Press