
Lənkəranda zəncirvari qəzada 4 avtomobil toqquşub, xəsarət alanlar var.
Cənub Press xəbər verir ki, hadisə gecə saatlarında şəhərin Heydər Əliyev prospektində Azriba deyilən ərazidə qeydə alınıb. 4 avtomobilin iştirakı ilə baş verən zəncirvari qəzada ilk olaraq “VAZ-21015” markalı nəqliyyat vasitəsi “Mercedes” markalı avtobillə toqquşub. “Mercedes” markalı avtomobil yol kənarındakı hasara çırpılıb və hasarı dağıdıb. “VAZ-21015 marklaı avtomobil yol kənarında hərəkətsiz qalan “VAZ-2107” markalı avtomobilə, VAZ-2107 markalı avtomobil də qarşıdakı “Nissan” markalı avtomobilə çırpılıb.
Qəza zamanı iki nəfər 1991-ci il təvəllüdlü Əkbər Emin oğlu Əlizadə və 1982-ci il təvəllüdlü Xəyalə Akif qızı Mustafayeva müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar. Hər iki yaralıya ilkin tibbi yardım göstərilib. Vəziyyətlərinə uyğun olaraq amblotor müalicə üçün evə buraxılıblar.
Qeyd edək ki, qəza nəticəsində 4 avtomobilə də ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.