
Biləsuvar rayonunun Çinarlı kəndində yanğın hadisəsi qeydə alınıb.
Ümumi sahəsi 80 m² olan tövlənin yanar konstruksiyaları 70 m² sahədə və damında yığılan 1,5 ton ot bağlaması yanıb.
Əraziyə yanğından mühafizə bölmələri cəlb olunub. Tövlənin və ot bağlamalarının qalan hissəsi alovdan mühafizə olunub. Yanğın söndürülüb.