
ABŞ Prezidenti Donald Trampın Türkiyədəki sülh danışıqlarında iştirakı Rusiya lideri Vladimir Putinin də oraya gəlməsi üçün əlavə təkan verəcək.
Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski brifinq zamanı bildirib.
“Biz Prezident Trampa danışıqlara qoşulmağı təklif etdik. Hələlik ABŞ Prezidentinin hansı qərarı verdiyini bilmirəm. Amma istənilən halda, o, iştirakını təsdiqləsəydi, məncə, bu, Putinin də gəlməsi üçün əlavə təkan olardı”, – o deyib.