Respublika Fənn Olimpiadasının final mərhələsində iştirak etmək hüququ qazanmış şagirdlərlə görüş keçirilib.
Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən Vüqar Dadaşov Respublika Fənn Olimpiadasının final mərhələsinə vəsiqə qazanmış şagirdlər və onların müəllimləri ilə görüşüb.
Görüş zamanı olimpiadada iştirakçılıq, olimpiadanın yarımfinal mərhələsinin nəticələri, final mərhələsinə hazırlıq prosesi, finala çıxan şagirdlərin rayonlar və fənlər üzrə bölgüsü barədə məlumat verilib.
İdarə müdiri uğur qazanan şagirdləri təbrik edərək onlara final mərhələsində uğurlar arzulayıb və bu nəticələrin əldə olunmasında əməyi olan müəllimlərə təşəkkürünü bildirib.