Skip to content
Cənub Press

Cənub Press

İnformasiya Agentliyi

Primary Menu
  • ANA SƏHİFƏ
  • Ölkə
  • Dünya
  • Cəmiyyət
  • Sağlamlıq
  • Mədəniyyət
  • İdman
  • Əlaqə
  • Haqqımızda
Live

Məktəblilərin təlim nəticələrinin artırılmasına “Sosial dəstək” layihəsinə seçilmiş şagirdlərin valideynləri ilə fərdi görüşlərə başlanılıb

admin
279f9070-ce1c-41fc-b689-48be62d7232e

Məktəblilərin təlim nəticələrinin artırılmasına “Sosial dəstək” layihəsinə seçilmiş şagirdlərin valideynləri ilə fərdi görüşlərə başlanılıb

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 8-ci qrant müsabiqəsinin qalibi Lənkəran şəhər A.Məhərrəmov adına 7 nömrəli tam orta məktəbin müəllimi və direktor müavini Gülnar Nəcəfovanın rəhbəri olduğu Məktəblilərin təlim nəticələrinin artırılmasına “Sosial dəstək” layihəsinin icra planına uyğun olaraq layihəyə seçilmiş şagirdlərin valideynləri ilə fərdi görüşlərə start verilib.
10.01.2025 tarixində Lənkəran şəhər A.Məhərrəmov adına 7 nömrəli tam orta məktəbində layihə rəhbəri Gülnar Nəcəfovanın, layihənin eksperti Samir Salayevin, məktəbin psixoloqları – Xuraman Məmmədovanın və Aysu Sadıxzadənin iştirakı ilə təşkil olunan 1-ci görüşdə layihəyə seçilən 14 nəfər şagirdin valideynləri və ya valideynlik hüququna malik qanuni nümayəndələri ilə fərdi şəkildə danışılıb. Görüşdə fərdi qaydada hər bir iştirakçıya layihənin əsas məqsədləri barədə bir daha məlumat verildikdən sonra aşağıdakı suallar ətrafında məlumatların toplanması və dəqiqləşdirilməsi həyata keçirilib:
– Ailənin hazırda gəlirləri necədir və əsasən haradan formalaşır?
– Valideynin iş təcrübəsi olduğu sahələr hansılardır?
– Hansı iş sahəsində vakansiya olarsa o sahədə özünü uzun müddətli çalışmağa hazır hesab edir?
– Layihə çərçivəsində Dövlət Məşğulluq Agentliyinin Lənkəran-Astara Regional Məşğulluq filialı ilə iş axtarmaq üzrə əməkdaşlıq qurulacaq. Bu əməkdaşlıq çərçivəsində layihə iştirakçıları olan məktəblilərin valideynləri üçün xüsusi maarifləndirici təlimlər təşkil olunacaq və bu təlimlər zamanı iş axtarmaq strategiyaları, karyera imkanları izah olunacaq. Valideyn bu təlimlərdə iştirak etməyə hazırdırmı? Və s.
İştirakçıların sosial həssaslığı da nəzərə alınaraq yüksək səviyyədə təşkil olunan fərdi görüşlər zamanı toplanılan məlumatlar layihə komandasına imkanlar yaradır ki, seçilmiş məktəblilərin təlim nəticələrinin artmasına təsir edəcək strategiyaların düzgün təşkil etsinlər.
İştirakçı valideynlər sonda övladları üçün görülən bu işlərə görə Elm və Təhsil Nazirliyinə, məktəb rəhbərliyinə və layihə komandasına təşəkkürünü bildiriblər.
Qeyd edək ki, Məktəblilərin təlim nəticələrinin artırılmasına “Sosial dəstək” layihəsi 01.10.2024-01.03.2025-ci il tarixlərində Lənkəran rayonunda icra olunur. Layihənin məqsədi Lənkəran şəhər A.Məhərrəmov adına 7 nömrəli tam orta məktəbində təhsil alan və maddi rifah halı aşağı olan şagird ailələrinə sosial dəstək göstərməklə həmin məktəblilərin dərslərə davamlı qoşulmasını təmin etməkdən və onların təlim nəticələrinin yüksəlməsinə dəstək olmaqdan ibarətdir. Bu məqsədlə cari ildə seçilmiş 32 nəfər məktəblinin hər biri layihə çərçivəsində məktəbli forması, məktəbli çantası və ayaqqabı ilə təmin olunacaqdır.

Məktəblilərin təlim nəticələrinin artırılmasına “Sosial dəstək” layihəsinin mətbuat xidməti

Oxunub: 1. 196
Paylaş

Continue Reading

Previous: Neftçalada təhsil müəssisələrinin rəhbər və müəllim heyəti ilə görüş təşkil edilib
Next: Biləsuvarda saxlanılan narkokuryerdən külli miqdarda narkotik vasitə və həblər aşkarlanıb – FOTO

Oxşar xəbərlər

reyd

Bir qayda – bir həyat: Yol hərəkəti qaydalarına əməl et!

admin
kart bankomat terminal

2025-ci ilin doqquz ayında Astara rayonunda əhaliyə göstərilən ödənişli xidmətlər haqqında

admin
1

Lənkəranda 8 Noyabr – Zəfər Günü münasibətilə təntənəli Zəfər bayramı qeyd edilib

admin

AXTAR

SON XƏBƏRLƏR

  • Bir qayda – bir həyat: Yol hərəkəti qaydalarına əməl et!
  • 2025-ci ilin doqquz ayında Astara rayonunda əhaliyə göstərilən ödənişli xidmətlər haqqında
  • Lənkəranda 8 Noyabr – Zəfər Günü münasibətilə təntənəli Zəfər bayramı qeyd edilib
  • Polis Masallıda silsilə oğurluqlar edən şəxsi saxladı
  • Biləsuvarda “Təmiz hava” aylığı ilə bağlı tədbirlər keçirilib
  • Astrada 2025-ci ilin doqquz ayında pərakəndə əmtəə dövriyyəsi artmışdır
  • Lənkəranda şəhid atası rəhmətə gedib
  • Astarada əsas kapitala yönəldilmiş vəsaitlərin həcmi 48,1 faiz artıb
  • Cəlilabadda sürücünün qarşısına çıxan at qəzaya səbəb olub
  • Astara rayonunda 2025-ci ilin doqquz ayında Ümumi məhsul və xidmətlərin həcmi artıb

Populyar XƏBƏRLƏR

  • Ajx4qgJ2VN4gWkwu1C8WCwVj7c6HwXGcmxhkSBYL_825Çin Yerin müşahidəsi texnologiyalarının sınağı üçün orbitə iki peyk çıxarıb
  • nar suyuGündə 1 stəkan içənin ürəyi “saat kimi” işləyir – indi mövsümüdür
  • u2l5w6ertdkppcutfoalunbhmzem0a8n7dneqc2c_825Türkiyəli nazir: Azərbaycanla əlaqələrimizi “bir millət, iki dövlət” prinsipi ilə davam etdirəcəyik
  • 5dIopnkYxYUeN1nSzaiNEHz7u3Oa88RzeVr7NSjG_1200Digər kainata aparan kosmik dəlik kəşf edildi
  • whatsapp_image_2024_09_06_at_1038211725604709Sentyabrın 30-da gözlənilən hava şəraiti
  • 17591436872668542375_1200x630Şəhid anası: Zəng vurdu ki, ana halallıq ver…
  • trampTramp: Qəzzada tezliklə sülh bərpa olunacaq
  • trampTürkiyə, Pakistan və digər ölkələr Trampın Qəzza üzrə sülh planını dəstəkləyib
  • türk preziTürkiyə Prezidenti Ağ Evdəki danışıqların nəticələrini səmərəli adlandırıb
  • 17591417303002049023_1200x630Ukrayna ordusunun Baş komandanı: Dobropol yaxınlığında təqribən 175 kilometrlik ərazi azad edilib

Təqvimlə xəbər axtar

Noyabr 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
« Okt    

Redaktor seçimi

reyd

Bir qayda – bir həyat: Yol hərəkəti qaydalarına əməl et!

admin
kart bankomat terminal

2025-ci ilin doqquz ayında Astara rayonunda əhaliyə göstərilən ödənişli xidmətlər haqqında

admin
1

Lənkəranda 8 Noyabr – Zəfər Günü münasibətilə təntənəli Zəfər bayramı qeyd edilib

admin
qandal

Polis Masallıda silsilə oğurluqlar edən şəxsi saxladı

admin
Copyright © All rights reserved.