“Udemy ilə Proqramlaşdırmaya İlk Addım” qrant layihəsi çərçivəsində təlimlər davam edir.
Layihə üzrə keçirilən dərslərdə iştirakçılar veb-proqramlaşdırmanın əsasları, kod redaktoru ilə iş və saytların vizual quruluşu mövzularını mənimsəyiblər. Təlimlər zamanı şagirdlərə proqramlaşdırmanın məntiqi təməlləri, əsas kod quruluşları və alqoritmik qaydalar praktiki şəkildə izah olunmuşdur. İnteraktiv formatda keçirilən bu dərslər şagirdlərin həm nəzəri, həm də texnoloji biliklərinin inkişafına birbaşa xidmət edir.
Layihənin məqsədi proqramlaşdırma üzrə ilkin bilikləri olan 9, 10 və 11-ci sinif şagirdlərinə onlayn kurs vasitəsilə Java dilini öyrətməkdir.
Xatırladırıq ki, “Udemy ilə Proqramlaşdırmaya İlk Addım” qrant layihəsi Həmidova-Əsgərova Səbinə Cəlal qızı tərəfindən Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 264 nömrəli məktəb-liseydə həyata keçirilir.

