“Smart English: İnteraktiv dil öyrənmə” layihəsinin açılış tədbiri keçirilib.
Tədbirdə Astara rayon təhsil sektoru müdiri Xədicə Əliyeva, Astara şəhər 1 nömrəli tam ümumtəhsil məktəbin direktoru Rəna Məmmədova, məktəb valideyn komitəsinin sədri şəhid Nurlan Rəhimovun həyat yoldaşı Səbinə Rəhimova, məktəb müəllimləri, qonaqlar, rayonun Qrant layihə qalibləri çıxış ediblər.
Layihə Babək Rzazadə tərəfindən Astara şəhər 1 nömrəli tam ümumtəhsil məktəbində həyata keçirilir.
“Smart English: İnteraktiv dil öyrənmə” layihəsi çərçivəsində 8-10-cu siniflərdə təhsil alan şagirdlərin Duolingo platformasının imkanlarından istifadə edərək ingilis dili bilik və bacarıqlarını inkişaf etdirmək, onları buraxılış imtahanlarına hazırlamaq və müstəqil dil öyrənməni təşviq etməkdir.

