Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IX Qrant müsabiqəsinin qalibi olan “Təbiət fənnin tədrisində müasir yanaşma-interaktiv simulyasiyalar” layihəsinin açılış tədbiri keçirilib.
Açılış tədbiri 317 nömrəli orta məktəbin akt zalında məktəb rəhbərliyi,müəllimlərin və şagirdlərin iştirakı ilə həyata keçirilib.
Açılışda ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndi.İlk öncə məktəb rəhbəri Leyla xanım Əliyeva layihənin əhəmiyyəti haqqında çıxış edərək qeyd etdi ki, bu layihə təbiət elmlərinin tədrisini daha maraqlı və interaktiv şəkildə həyata keçirməyə imkan yaradır. O, şagirdlərin təbiət qanunlarını daha dərindən başa düşməsini, onların təcrübə yolu ilə öyrənməsini və biliklərini praktikada tətbiq etməsini vurğuladı. Leyla Əliyeva, eyni zamanda, bu layihənin məktəb kollektivi üçün böyük bir fürsət olduğunu və gələcəkdə daha da uğurlu nəticələr verəcəyini də qeyd etdi.
Daha sonra layihə rəhbəri Nigar Cavad “Təbiət fənninin tədrisində müasir yanaşma-interaktiv simulyasiylar” layihəsinin məqsədi,vəzifələri və nəticəsi haqqında tədbir iştirakçılarına geniş məlumat verdi.Layihə rəhbəri Nigar Cavad qeyd etdi ki, bu layihənin əsas məqsədi şagirdlərə təbiət fənnini interaktiv və maraqlı şəkildə öyrətməkdir. O vurğuladı ki, interaktiv simulyasiyalar şagirdlərin təcrübə yolu ilə öyrənməsini asanlaşdırır, onların analitik düşünmə bacarıqlarını inkişaf etdirir və öyrəndiklərini real həyatda tətbiq etməyə imkan yaradır. Nigar Cavad əlavə etdi ki, layihə həmçinin müəllimlər üçün yeni tədris metodlarını sınamaq və təcrübə mübadiləsi aparmaq imkanı verir.

