Coğrafi adlarımız xalqımızın milli və mənəvi sərvətidir. Tarixi zərurətdən biz coğrafi adların tədqiqi ilə məşğul olan toponimika elminin inkişafına xüsusi diqqət yetirməliyik. Toponimikanın əhəmiyyətini qeyd edən A.A.Bakıxanov “Gülüstani-İrəm” əsərində yazır: “Nəinki əsrlər, hətta min illər belə bu ölkənin (Azərbaycanın) bir çox yerlərinin və tayfalarının ilk adlarını məhv edə bilməmişdir” (Bakı,1926). Möhtərəm prezidentimiz İ,Əliyevin 2008-ci il ağdamlılarla görüşündəki çıxışından sonra coğrafi adlar tədqiqata ehtiyacı olan aktual mövzulardan birinə çevrildi. “Qarabağ” sözünün beynəlxalq aləmdə tez-tez səslənməsini nəzərə alaraq, bəzi tarixi mənbələrə istinad etməklə bu sözün mənşəyinə aydınlıq gətirməyi vacib bildim. “Qarabağ” sözünün mənası çox qədim və maraqlıdır. Ş.Sədiyevin tədqiqatına əsasən, bu söz 7-ci əsrdən etibarən yaranmağa başlayıb. (“Elm və həyat”jurnalı,1963, Nömrə-3, səh.15). “Respublika Əlyazmalar Fondununəsərləri”ndə Qarabağın 13-cü əsrdə əyalət kimi mövcud olduğu göstərilir ( 1-ci cild, Bakı-1961,səh.122). Əhmədbəy Cavanşirin “Qarabağ xanlığın siyasi vəziyyətinə dair” əsərində Qarabağın 18-ci əsrdən xanlıq kimi mövcud olduğu bildirilir. (Bakı-1961,səh.81). Qarbağ sözü iki sadə azərbaycan sözündən (Qara+bağ) əmələ gəlib. Qara sözü mənbələrdə dörd məna çalarlarına malikdir: rəng, çoxluq, böyük, gözəllik. Tarixi və coğrafi məlumatlarda 17-ci əsrin birinci yarısına qədər Araz çayının kənarında Qarabağ adında yaşayış məntəqəsinin olduğu təsdiq edilir. Səyyah Adam Olearin “İran səltənəti” adlı xəritəsində həmin məntəqə 39 dərəcə şimal en və 82 dərəcə 20 bucaq şərq uzunluq dairəsinin kəsişdiyi nöqtədə qeyd edilmişdir (“Opisaniye puteşestviya v Moskovyu i çerez Moskovii i Persii i obratno”,Peterburq,1906). Qarabağ düzü də ərazidə bağ-bağatı ilə çox məşhur olmuş, bu yaşayış məntəqəsinin adı ilə adlandırılmışdır. Bu coğrafi məkan istər dilimizdə, ədəbiyyatımızda, coğrafiyamızda,istər folklorumuzda, istərsədə tarixi ədəbiyyatlarımızda ancaq Qarabağ kimi ifadə olunmuşdur. Ermənilər isə gah Artsax, gah da Qarabağ adlandırır. Onlar Qarabağ sözünü işlətməklə əslində bu sözün azərbaycanlılara məxsus etnoqrafik olduğunu etiraf edirlər. Oki qaldı Artsax sözünə, bu sözün də kökünün azərbaycan mənşəli olduğunu onlar başa düşmür. Ermənicə artsax sözü heç bir məna kəsb etmir. Onlar Ər sözünü ar, Sak sözünü isə sax sozü kimi işlədərək t səsindən birləşdirici samit kimi istifadə edib,Artsax sözünü yaradıblar. Əslində bu sözün tarixi e.ə. 7-ci əsrə,sak tayfalarının yaşadığı dövrə gedib çıxır. Sak tayfalarının isə ermənilərlə heç bir genetik və ya tarixi bağlılığı yoxdur. Deməli, bu söz belə oxunmalıdır : – ƏR+SAK. ƏR sözü azərbaycan dilində İGİD deməkdir. SAK isə tayfa və ya tayfalar birliyinin adıdır. Demək, adi qaydada bu sözü belə ifadə etmək olar -İGİD SAKLAR və ya İGİD SAKLARIN yaşadığı ərazi. Qara sözü işləndiyi yerdən asılı olaraq mənasını dəyişir. Məsələn. Qara Yusif deyəndə böyük məna kim işlənir. Qarabağ deyəndə də Böyük bağ mənası verir. Bu ifadəni anlamaq üçün xüsusi təhlilə ehtiyac yoxdur. Yeri gəlmişkən, SSRİ Nazirlər Soveti yanında Baş Coğrafiya və Kartoqrafiya İnstitutunun 1949-cu ildə nəşr etdiyi xəritəyə əsasən ərazidə olan coğrafi adların necə dəyişdiyinə fikir verək. Eramızın birinci əsrində Qara dənizin adı “Evksinskiy pont”, Xəzər dənizinin adı “Qirkanskoye more”( HİRKAN DƏNİZİ0, Azov dənizinin adı”Meotiyskoye ozero” olmuşdur. Eramızın 2-7-ci əsrlərində müvafiq olaraq həmin adlar Pont, Xazarskoye more, Meotiyskoye more olub. 10- cu əsrin ortalarından etibarən Qara dəniz Russkoye more, Xəzər dənizi isə Xvalisskoye more adlandırılmışdır. 13-cü əsrdən etibarən Qara dəniz – Çornoye, Azov dənizi-Suroyskoye more, Xəzər dənizi – Kaspiyskoye more adlandırılmışdır. 16-cı əsrdən etibarən Suroyskoye more Azovskoye more adlanır. 16-cı əsrdən sonra bu adların rus dilində olan forması dəyişdirilməyib. Bu faktlara müraciət etməyim təsadüfi deyil. Dənizdən – dənizə, yəni Qara dənizin sahillərindən Xəzər dənizi sahillərinə qədər olan ərazinin tarixən erməni torpaqları olduğunu iddia edən ermənilərin “başbilənləri”nə deyən yoxdur ki. ay vartan, bu dənizlərin adlarının sizin adınızla, soysuz soyadınızla, kökü bilinməyən (müəmmalı) soykükünüzlə heç bir əlaqəsi yoxdur !!! Siz başa düşməlisiz (düşünən başınız varsa) ki, bütün coğrafi adlar həmin ərazinin hakim dövləti və xalqının adı ilə həmişə əlaqədar olmuşdur! Oki qaldı Qarabağa , ona da Rus imperiyasının “Parçala, hökm sür !” siyasətinin tərkib hissəsi kimi meydana gələn “DQMV” (1923) toponimikasını öyrənmək üçün mövcud 228 yaşayış məntəqəsi,28 su obyek adı və 33 oronim (cəmi 289) əsas götürülmüşdür. (V,Q,Zavriyev, “Fiziko – Qeoqrafiçeskaya xarakteristika Naqorno-Karabaxskoy Avtonomnoy Respubliki”,Bakı,1947,əlyazma,səh. 71-96,Coğrafiya İnstitutu Kitabxanası). Həmin vaxt aparılmış tədqiqatlar nəticəsində 171 adın mənası açılmışdır. Mənası dəqiq bilinən 171 adın 114-ü ( 67faiz) sırf azərbaycan mənşəli sözlər olub. 171 addan 31-i (18faiz) erməni,21-i (12 faiz) isə hibrid addır, yəni. azərbaycan və erməni adlarının qarışığından əmələ gələn sözlərdir. 289 toponimdən 80-i heç bir məna ifadə etmir (mənasızlaşdırılıb). Bu məsələni Oxucuların. eyni zamanda, toponimika elmi ilə məşğul olanların nəzərinə çatdırmaq istəyirəm ki. Dağlıq Qarabağda mövcud olan 31 vahid erməni adı ancaq yaşayış məntəqələrinin adıdır. Həmin yaşayış məntəqələrinin yerləşdiyi ərazilərdə bi dənə də olsun erməni dilində çay,göl, dağ, yamac, dərə adı yoxdur. Bu fakt çox incə, həm də çox əhəmiyyətli bir məsələdir. Ermənilərin ağlına gəlməyib ki, yaşayış yerlərinin adlarını dəyişdirməklə iş bitmir, gərək dağların. dərələrin, çayların, göllərin və yamacları da adlarını dəyişdirəydilər. Bunları etmək isə qeri mümkündür ! Bu adlar min illərin yadigarlarıdır ! siz bu adlar qaşısında əyiməli, diz çökməlisiz !!! Qarabağa köçürülmüş ermənilər üç qaqydada məskunlaşdırılıblar: 1) Əhalisi köçürülmüş (bu və ya digər səbəblərdən) azərbaycanlılara məxsusyaşayış yerlərində. 2) Azərbaycanlıların yaşadığı ərazilərə yaxın yerlərdə. 3) Yeni yaşayış yerlərində. Ermənilər köçdükləri yerlərin adlarını tam dəyişdirə bilməsələr də, hər sözün kökünə erməni adı əlavə etməklə hibrid adlar yaratdılar. Ümumiyyətlə, ermənilər bir xislət kimi hibridləşməyi çox sevirlər. Onlar toponimləri dəyişdirmək üçün əvvəl onu hibridləşdirir, bir müddət keçəndən sonra isə onu tamam erməniləşdirirdilər. Həmin hibridləşdirilmiş adların bir neçəsi ilə tanış olaq: 1) Ağabəyələnc – burada “Ağabəy” azərbaycanca şəxs adıdır,”ə” birləşdirici , ” lənc isə ermənilərin əlavə etdiyi addır, “yamac” mənasını verir. Adın mənası Ağabəy yamacı. 2) Zevonarx- zevon ermənicə şəxs adıdır, arx isə azərbaycan sözüdür, Zevon arxı deməkdir. 3) Güneyqaler Güney azərbaycanca cənub, qaler isə erməicə xırmaan deməkdir, Cənub xırmanı. 4) Mehdişen – Mehdi azərbaycanca şəxs adıdır, şen isə erməni dilində kənd mənasını verir, Mehdi kəndi. Bəzi erməni sözlərində və hibrid sözlərdə fars və ərəb mənşəli söz köklərindən və ya şəkilçilərindən də istifadə olunub. Məsələn, Xındzristan – Xındzır ermənicə alma,i birləşdirici, stan isə frsca lıq şəkilçisidir.. Almalıq deməkdir. Dəştahoq – dəşt farsca çöl, a birləşdirici, hoq isə ermənicə yer deməkdir.. Sözün mənası Çöl yeri. Belə sözlərin sayını artırmaq olar. Lakin bu yazılar həqiqətlərin tam üzə çıxması üçün kifayət deyil. Hesab edirəm ki, düşmənlərimizə qarşı informasiya müharibəsini iki istiqamətdə aparmalıyıq : 1) Tarixi qaynaqlar və faktlar əsasında tam obyektiv və dolğun məlumatlar və izahlar vermək. 2) Düşmənlərimizin fikirlərində olan ziddiyyətli məqamları öyrənib bilmək,araşdırmaq və şərh etmək. Bütün məlumatları bir mərkəzdə birləşdirmək və bu mərkəzdən çıxış etməklə ölkə mətbuatında və telekanallarda təbliğatı gücləndirmək lazımdır. Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların orada yaşadığı yerlərin coğrafiyasını, tarixini, yer adlarını öyrənmək və məlumatları toplamaq istiqamətində bu mühüm işlər görülməlidir. Yazımın sonunda professor K,P, Patkanovun fikirlərinin daha dolğun və daha real olduğunu hesab edib oxucuların diqqətinə çatdırıram : ” Ermənistan bir dövlət kimi bəşəriyyət tarixində heç bir mühüm rol oynamamışdır. Onun adı ölkənin çoğrafi termini olub güclü qonşu dövlətlərin – assuriyalıların, midiyalıların, iranlıların, yunanların, romalıların, parfiyalıların, ərəblərin, türk tayfalarının,, monqolların, rusların… öz mübahisələrini həll etdikləri yer olmuşdur”. ( “Vanskiye nadpisi i znaçeniye 9 diya istorii peredney Azii”, SPB, 1881,səh.36-37) Elşad Əmənov. Tarixçi-tədqiqatçı. Məqalə “Region Səs” qəzetində çap olunub.10.10.2009, N30, səh 6.
