
Masallı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları “Diqqət, uşaqlar!” aylığı çərçivəsində şəhər 3 nömrəli orta məktəbdə azyaşlılara təhlükəsiz davranış vərdişlərinin aşılanması məqsədilə maarifləndirmə xarakterli görüş keçiriblər.
Cənub Press xəbər verir ki, avtomobil yollarında uşaq travmatizminin minimuma endirilməsi istiqamətində görülən işlər, qarşıda duran vəzifələrdən danışılıb, bu sahədə uşaq və yeniyetmələr arasında məsuliyyət hissinin daha da gücləndirilməsinin mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırılıb.
Svetafor və yol nişanları barədə şagirdlərə məlumatlar verilib, onlara yolu keçərkən mütləq piyada keçidlərindən istifadə etmələrinin zəruriliyi izah edilib.
Nərmin Əliyeva, Cənub Press