
Bu gün Astarada “PeşəFest” tədbiri təşkil olunub. Festival çərçivəsində gənclərlə görüş keçirilib, müasir əmək bazarının tələbləri və düzgün peşə seçiminin əhəmiyyəti barədə geniş fikir mübadiləsi aparılıb.
Cənub Press xəbər verir ki, tədbirdə Millət vəkili Rəşad Mahmudov da iştirak edib.
Millət vəkili çıxışnda bildirib ki, belə festivallar gənclərin bugünkü reallıqlara uyğun peşə seçimlərinə ciddi istiqamət verir və onların gələcək karyeralarını düzgün planlaşdırmalarına mühüm töhfə olur.
“Bu cür tədbirin ilk açılış mərhələsinin məhz Astarada təşkil olunması bizim üçün qürurvericidir. Bu təşəbbüsə görə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə və Dövlət Məşğulluq Agentliyinə dərin təşəkkürümü bildirirəm”, – deyə Rəşad Mahmudov qeyd edib.