
Lənkəran Dövlət Universitetinin (LDU) məzunları –Ehtiram Əhmədzadə və Muhəmməd Əlizadə Türkiyənin nüfuzlu Qafqaz (Qars) Universitetinin Baytarlıq fakültəsində “Qida gigiyenası və istehsalı” ixtisası üzrə doktoranturaya qəbul olunublar.
Cənub Press xəbər verir ki, bu tələbələr LDU-da 2023-cü ildə Qida mühəndisliyi ixtisası üzrə bakalavr, 2025-ci ildə isə Qida təhlükəsizliyi ixtisası üzrə magistr təhsillərini uğurla başa vurublar.
Tələbələrimizi bu münasibətlə təbrik edir, gələcək elmi fəaliyyətlərində uğurlar arzulayırıq.
Məlumat üçün bildiririk ki, Lənkəran Dövlət Universiteti ilə Qafqaz (Qars) Universiteti arasında ikili əməkdaşlıq müqaviləsi mövcuddur.
Nərmin Əliyeva, Cənub Press