
Tədbirdə Cəlilabad rayonunda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin rəhbərləri iştirak edib.
Cənub Press xəbər verir ki, seminarda Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin Cəlilabad rayonu üzrə nümayəndəsi Fuad Əzizov çıxış edərək sentyabrın 12-də Lənkəran-Asrara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncovun sədrliyi ilə keçirilən müşavirədə verilmiş tapşırıqları tədbir iştirakçılarının diqqətinə çatdırıb.Həmçinin qarşıda duran vəzifələrin icrası ilə əlaqədar müəssisə rəhbərlərinə müvafiq tövsiyə və tapşırıqlarını verib.