Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları “Konstitusiya və Suverenlik İli” çərçivəsində rayon ərazisində növbəti ağacəkmə kampaniyası keçiriblər.
Cənub Press xəbər verir ki, seçilmiş ərazidə polis əməkdaşları yerli iqlimə uyğunlaşdırılmış şam tinglərini əkib, ağaclara aqrotexniki qaydada qulluq göstərib, suvarma işləri görüblər. Tinglərin küləkdən qorunması və normal böyümələri üçün qoruyucu dirəklər basdırılıb.
Məqsəd yaşıllıqların artırılması, ekoloji tarazlığı təşviq etməklə ətraf mühitin qorunması və sağlamlaşdırılmasına töhfə verməkdir.
