
Qoç
Səhərdən ailə üzvlərinizlə birlikdə ev işləri ilə məşğul olmalı olacaqsınız. Sakitliyinizi qoruyun, kiçik əsəbiləşmə ehtimalı var və bu, mübahisəyə çevrilə bilər. Lakin sizin soyuqqanlılığınız münaqişəni başlanğıc mərhələsində söndürməyə kömək edəcək. Birlikdə bütün vacib işləri çox tez görəcəksiniz, istirahət və ünsiyyət üçün də kifayət qədər vaxt qalacaq.
Günün ikinci yarısı isə qonaqlıq və ya dostları qəbul etmək üçün əlverişli olacaq. Gözlənilməz pul gəlirləri mümkündür. Bəzi Qoçları böyük sevinc bəxş edəcək qiymətli hədiyyələr də gözləyir.
Buğa
Siz başqalarını yaxşı başa düşməyi bacaracaqsınız. Buna görə günün birinci yarısı səmimi söhbətlər üçün çox münasibdir, xüsusilə də ailənin ən gənc və ya ən yaşlı üzvləri ilə. Onlar sizinlə gizli fikirlərini bölüşəcəklər və bu, münasibətlərinizi daha da gücləndirəcək. Həmçinin evdə kosmetik təmirə və ya abadlaşdırma işlərinə başlamaq üçün də münasib zamandır.
Əksər Buğalar uzun müddətdir təxirə saldıqları işlərin öhdəsindən gələ biləcəklər. Axşam isə hələ heç vaxt olmadığınız bir məkanda gəzintiyə çıxmaq faydalı olar. Bu, sizə yeni təəssüratlar bəxş edəcək və maraqlı fikirlərə yol açacaq.
Əkizlər
Ciddi işlər planlaşdırmayın. Böyük güc tələb etməyən, adi gündəlik işlərlə məşğul olun. Yaxınlarınızla mübahisəli məsələləri müzakirə etməyə dəyməz, çünki yəqin ki, mübahisə edib məyus olacaqsınız. Səbirli olun, tezliklə vəziyyət dəyişəcək.
Günün ikinci yarısında müsbət tendensiyalar güclənəcək. Əksər Əkizlər əhvalın yüksəldiyini və gücün artdığını hiss edəcəklər. Bir çox vacib məsələlərdə aydınlıq yaranacaq. Əvvəllər korlanmış hesab etdiyiniz münasibətləri bərpa etmək mümkün olacaq və bunun üçün sizdən təşəbbüs göstərmək belə tələb olunmayacaq.
Xərçəng
Günün birinci yarısını istirahətə və rahatlığa həsr etmək daha yaxşıdır. Alış-verişə getməyə dəyməz, düşündüyünüzdən qat-qat çox pul xərcləyə bilərsiniz. Səhər saatları ciddi söhbətlər üçün də münasib deyil, çünki bir-birinizi başa düşmək çətin olacaq. Özünüzlə tək qalın, sizi narahat edən mövzular barədə düşünün. İntuisiyanız sizə düzgün qərarlar verəcək.
Bir qədər sonra bütün vacib işləri görə biləcəksiniz. Axşam isə fəal ünsiyyət üçün çox münasibdir. Yeni münasibətlər qurmaq istəyən Xərçəngləri maraqlı tanışlıqlar gözləyir.
Şir
Səhərdən azacıq əsəbiləşmə hiss edəcəksiniz. Buna görə də ciddi diqqət tələb edən işlərə başlamasanız, daha yaxşı olar. Yaxınlarla mübahisələrdən qaçın. Ən yaxşısı qaydaya salma işləri ilə məşğul olun və lazımsız əşyaları atın – bu, sizi sakitləşdirəcək.
Günün ikinci yarısında emosiyalarınızı idarə edə biləcəksiniz. Uğurlu alış-verişlər edəcək və üstəlik bir qədər qənaət də etmiş olacaqsınız. Çoxlu Şirlərə isə köhnə dostlarla görüş böyük zövq verəcək, xüsusən də sizi birləşdirən hobbi və ya peşə maraqları varsa.
Qız
Doğru qərarlar qəbul etmək sizə asan olmayacaq. Ona görə səhərdən təxirəsalınmaz işlərə başlamaq daha məqsədəuyğundur. Tələsməyin, amma öhdənizə götürdüyünüz işləri də laqeyd qoymayın. Kiçik nasazlıqlar və problemlər üzə çıxa bilər, amma siz onların öhdəsindən uğurla gələcəksiniz. Yaxınlarınız da istəsəniz, məmnuniyyətlə kömək edəcəklər.
Axşam isə qonaq qəbul etmək və ya ictimai tədbirlərə qatılmaq üçün münasibdir. Bir çox Qızlar yaxın gələcəkdə fayda verəcək yeni tanışlıqlar qazanacaqlar.
Tərəzi
İstənilən vəziyyətdə soyuqqanlı qalmaq və ən çətin məsələləri belə həll etmək sizin üçün asan olacaq. Böyüklərlə məsləhətləşmək üçün yaxşı vaxtdır. Onların tövsiyələri çox faydalı ola bilər və ya sizi düzgün fikrə yönləndirə bilər. Ailəli Tərəzilərin yaxınlarının işləri ilə maraqlanması lazım gələcək, amma bu, yorucu olmayacaq.
Uzun müddətdir görmədiyiniz qonaqları qəbul etmək üçün də münasib gündür. Gözəl vaxt keçirəcək, yeni şeylər öyrənəcək və bəzi hallarda qarşılıqlı faydalı əməkdaşlıq barədə razılaşma əldə edə biləcəksiniz.
Əqrəb
Optimist əhvalınız yarana biləcək bütün çətinliklərin öhdəsindən gəlməyə imkan verəcək. Yeni biliklər öyrənmək üçün münasib gündür, çünki onlar yaddaşınızda uzun müddət qalacaq və tezliklə lazım olacaq. Bəzi Əqrəblər uzun müddətdir gözlədikləri xoş xəbərləri alacaqlar. Faydalı ola biləcək insanlarla əlaqələr qurmaq da uğurlu alınacaq.
Ev problemləri sizi bir az əsəbiləşdirə bilər, amma yenə də onlarla məşğul olmaq məcburi olacaq. Özünüzü çox yükləməyin, yalnız təxirəsalınmaz işləri görün.
Oxatan
Səhərdən güc və ilham axını hiss edəcəksiniz. Bu emosional yüksəliş sizə bütün işlərin öhdəsindən asanlıqla gəlməyə, ətrafınızdakıların rəğbətini qazanmağa və gündə çoxlu müsbət cəhətlər görməyə kömək edəcək. Bir çox Oxatanlar köhnə rəqibləri ilə barışaraq onları müttəfiqə çevirməyi bacaracaqlar. Hətta bahalı alış-verişlər belə uğurlu olacaq və uzun müddət xidmət edəcək.
Bir müddət sonra başqalarını anlamaq çətinləşəcək. Daha çox özünüzə qapanacaq və yaxınlarınıza güzəştə getmək istəməyəcəksiniz. Amma yenə də anlaşmağa çalışmaq lazımdır, kompromis tapmaq düşündüyünüz qədər çətin olmayacaq.
Oğlaq
Yaradıcı ideyaları həyata keçirmək üçün münasib gündür. Yeni hobbi sınamaq və ya köhnə məşğuliyyətlərinizə qayıtmaq faydalı olar. Bu, sizə xoş emosiyalar gətirəcək və problemlərdən uzaqlaşdıracaq. Çoxlu Oğlaqlar köhnə borclarını geri alacaq və ya dəyərli hədiyyələr əldə edəcəklər. Planlar qurmaq və onları ailə üzvləri ilə müzakirə etmək üçün yaxşı zamandır. Hər kəs vacib təkliflərini irəli sürə biləcək.
Günün ikinci yarısı isə ev işləri ilə məşğul olmaq üçün münasibdir. Əgər yaxınlarınızı da bu prosesə cəlb etsəniz, ev qayğıları sizə darıxdırıcı görünməyəcək.
Dolça
Sizin həm şəxsi işlərinizə, həm də başqalarına kömək etməyə gücünüz və vaxtınız çatacaq. Qarşı tərəfin minnətdarlığı isə sizə ruh yüksəkliyi və yeni güc verəcək. Planlaşdırdığınız alış-verişlər uğurlu olacaq və uzun müddət işə yarayacaq. Amma ani xərclərdən uzaq durun, çünki əlavə pul sərf edə bilərsiniz. Bəzi Dolçalara maraqlı bir təklif ediləcək və onu tezliklə qəbul etmək məsləhətdir.
Günün ikinci yarısında ciddi məsələlərlə məşğul olmaq və vacib qərarlar qəbul etmək məsləhət deyil. Ailə üzvləri ilə birlikdə vaxt keçirin, yaxın dostlarla ünsiyyət qurun və ya romantik görüşə çıxın.
Balıqlar
Günün əvvəlində ümumi təmizlik və ya sadə qayda-qanun işləri üçün münasib vaxtdır. Vaxtilə təxirə saldığınız işləri indi bitirə biləcəksiniz. Alış-verişlər də sərfəli olacaq, yalnız ən vacib şeyləri alacaq və artıq pul xərcləməyəcəksiniz. Yaxınlarınızla mübahisə etməməyə çalışın, hətta haqlı olduğunuza tam əmin olsanız belə. Tezliklə onlar özləri səhv etdiklərini anlayacaq və sizinlə razılaşacaqlar.
Bəzi Balıqlar isə uzaqdan gələn qonaqları qəbul edəcəklər. Bu görüş sizə çoxlu sevinc bəxş edəcək və parlaq təəssüratlar yaradacaq.(Bizimyol.info)
Nərmin Əliyeva, Cənub Press