
“Instagram” sosial şəbəkəsində problem yaranıb.
Cənub Press xəbər verir ki, bəzi istifadəçilər “Instagram”da səsli mesajlara qulaq asa bilmədiklərini bildirirlər.
Mesaj göndərmək mümkün olsa da, dinləmək funksiyası işləmədiyi üçün sosial şəbəkədə narazılıq yaranıb. Problemin səbəbi və nə vaxt aradan qaldırılacağı barədə “Instagram” hələ açıqlama verməyib.
Nərmin Əliyeva, Cənub Press