HAQQIMIZDA

CENUBPRESS.COM xəbər saytı 2023-cü ilin aprel ayının 1-dən fəaliyyətə başlayıb. Sayt müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur.

Saytda Azərbaycanın ictimai, siyasi, sosial-iqtisadi və mədəni həyatında baş verən yeniliklər operativ, qərəzsiz və vətəndaş-dövlət maraqları qorunmaqla oxuculara çatdırılır.
Portalda həmçinin ölkəmizin cənubunda baş verən hadisələrə xüsusi yer verilir.
Bundan başqa, müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları işıqlandırılır.

Sayt siyasi və sosial qrupların heç birinə qarşı ayrı-seçkilik etmir, tam obyektiv və müstəqil olaraq, şərhsiz xəbər yayır. Bu media layihəsinin işində redaksiyanın yaradıcı kollektivi ilə yanaşı oxucular da aktiv iştirak edə bilərlər. Oxucuların qarşılaşdıqları hadisələrlə bağlı redaksiyaya operativ məlumat vermək imkanları var.

Yaradıcı kollektiv Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, QHT-ləri, hüquq-mühafizə orqanlarını aktiv əməkdaşlığa dəvət edir.

Yuxarı