““Gələcək Liderlər” – skaut metodları ilə qeyri-formal təhsilin təşkili proqramı” layihəsi çərçivəsində düşərgə keçirilib və layihənin bağlanış mərasimi baş tutub

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin qalib layihələrindən olan ““Gələcək Liderlər” – skaut metodları ilə qeyri-formal təhsilin təşkili proqramı” layihəsi çərçivəsində 5 günlük düşərgə keçirilib.

Lerik rayonunda keçirilən düşərgə ilk gününə rəsmi açılışla başlayıb. Sonra tanışlıq və komanda quruculuğu adlı oyun keçirilib və düşərgənin ilk günü bədii hissə ilə yekunlaşıb. Növbəti günlərdə səmti müəyyən etmə, çadır qurma, ocaq, ilk yardım, oxatma, dağçılıq, düyünlər kimi təlimlər keçirilib.

Həmçinin düşərgənin 3-cü günü Azərbaycan Skautlar Asossiasiyasının prezidenti İlyas İsmayıllı düşərgəyə baş çəkib. Eyni zamanda düşərgə iştirakçıları Uzunömürlülər muzeyinə ekskursiya ediblər.

Daha sonra düşərgənin və layihənin bağlanış mərasimi keçirilib. Çıxış edən layihə rəhbəri qeyd edib ki, layihənin həyata keçirilməsində məqsəd qeyri-formal təhsil formasından – skaut metodlarından istifadə etməklə Neftçala rayonunun 3 məktəbində təhsilalanların liderlik bacarıqlarının inkişaf etidirilməsinə, sağlam həyat tərzi keçirmələrinə, zərərli vərdişlərdən qorunmanın təbliğinə dəstək olmaq və bu istiqamət üzrə kadrların təlimləndirilməsinə nail olmaqdır. Digər çıxış edənlər bildirib ki, layihə uğurla və icra planına uyğun icra edilib.

Sonda düşərgə iştirakçılarına kiçik hədiyyələr təqdim olunub.

Yuxarı