Cəlilabadda yol qəzası baş verib, xəsarət alanlar var – FOTO – VİDEO

Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Cenubpress xəbər verir ki, hadisə rayonun Sabirabad kəndində qeydə alınıb.

Belə ki, Təbriz Həsənovun idarə etdiyi “VAZ 2107” markalı minik avtomobili ilə Ramin Şükürovun idarə etdiyi “VAZ 2106” markalı minik avtomobili toqquşub. Qəza zamanı hər iki sürücü xəsarət alıb. Yaralılar rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Yuxarı