Lerikdə “Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş tədbir keçirilib

Lerik rayonunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin Lənkəran-Astara regional filialı tərəfindən “Təhsildə sosial iş xidməti” və “1 İyun uşaqların beynəlxalq müdafiəsi” gününə həsr olunmuş tədbir keçirilib.

CƏNUB PRESS xəbər verir ki, Lerik şəhər V.İbrahimov adına inteqrasiya təlimli internat tipli gimnaziyanın direktoru Tehran Höccətov, Lerik rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Anar Rəhimov, eləcə də SXA – nin Lənkəran – Astara regional filialının əməkdaşları gimnaziyanın şagirdləri və kollektivinə təhsildə sosial iş xidmətinin əhəmiyyəti haqqında ətraflı məlumat veriblər.
Xidmətin əsas məqsədi uşaqların sosial müdafiəsini həyata keçirmək, onların hüquqlarını bərpa etmək, onlara qarşı pis rəftarın və zorakılığın qarşısını almaq, bu sahədə məlumatlılığı artırmaqdır.

 

Yuxarı