Astarada əlil uşaqlar üçün “Rəngli dünyamız” adlı tədbir keçirilib – FOTOLAR

Astarada 18 yaşadək əlil uşaqlar üçün “Rəngli dünyamız” adlı tədbir keçirilib.

CƏNUB PRESS xəbər verir ki, Sosial Xidmətlər Agentliyinin Lənkəran-Astara regional filialı tərəfindən Astara rayonunda 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqlar üçün “1 İyun uşaqların Beynəlxalq müdafiəsi günü”nə həsr olunmuş “Rəngli dünyamız” adlı tədbir təşkil olunub.

Tədbirdə uşaqlar yağlı boya ilə rəsm çəkmək bacarıqlarını nümayiş etdiriblər.

Sonra iştirakçılarla birlikdə 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqların əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

Qeyd edək ki, rəsm çəkmək uşaqların asudə vaxtının səmərəli keçirilməsi, sosial bacarıqlarını, yaradıcı düşüncəsini inkişaf etdirmək, mədəni və estetik biliklərin zənginləşməsi, diqqətin və emosiyaların idarə edilməsi bacarıqlarını inkişaf etdirir.

 

 

Yuxarı