Cəlilabadda avtomobil elektrik dirəyinə çırpılıb, xəsarət alan var – FOTO

Cəlilabad rayonunda yol qəzası baş verib.

Cenubpress-in məlumatına görə, hadisə köhnə Ələt- Astara avtomobil magistralının Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb.

“Qazel” markalı avtomobil yolun kənarında olan elektrik dirəyinə çırpılıb. Qəza nəticəsində dirəyə çırpılan avtomobil idarəetmədən çıxaraq bir neçə dəfə aşıb. Avtomobilin sürücüsü xəsarət alaraq Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Yuxarı