Üç gün leysan yağacaq… – Əhaliyə MÜHÜM XƏBƏRDARLIQ!

Hava şəraiti ilə bağlı növbəti xəbərdarlıq edilib.

CƏNUB PRESS-ə Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mayın 28-29-30-da Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında əsasən gündüz saatlarında arabir yağış yağacağı gözlənilir. Yağıntıların qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəcəyi ehtimalı var.

Çaylarda, o cümlədən Kür, Araz, Qanıx və Qabırrı çaylarında sululuğun artacağı, Böyük və Kiçik Qafqaz bölgəsinin ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.

Yuxarı