“Təlim nəticələri zəif olan təhsilalanların fərdi plan əsasında nəticələrinin yüksəldilməsi” layihəsinin bağlanış tədbiri – forum keçirilib

“Təlim nəticələri zəif olan təhsilalanların fərdi plan əsasında nəticələrinin yüksəldilməsi” layihəsi çərçivəsində forum keçirilib.
Forumda layihədə iştirak edən tələbələr, mentorlar, koordinator, dövlət və özəl qurumların nümayəndələri və media mənsubları iştirak ediblər.
Belə ki, forumda məktəblərdə təcrübədə iştirak etmiş tələbələr qarşılaşdıqları problemləri paylaşıblar. Həmçinin problemlər müzakirə edilib və yeni həllər ortaya çıxarılıb.
Qeyd edək ki, layihənin məqsədi əvvəlki tədris illərində buraxılış imtahan nəticələri zəif olan sonuncu kurs tələbələrinin təcrübə keçmələrini təmin etməklə, pedaqoji ixtisaslı məzunların gələcəkdə ucqar rayon və kəndlərdə yerləşən məktəblərdə çalışmalarına motivasiya vermək və maraq artırmaqla, həm müəllimlər, həm də şagirdlər üçün dəyər yaradaraq, təhsilalanların nəticələrinin yüksəldilməsinə dəstək olmaqdır.
Yuxarı