Alma IRIS-T hava hücumundan müdafiə sistemlərinin sonuncusunu təhvil verib

Ukrayna Almaniyadan vəd edilmiş dörd IRIS-T hava hücumundan müdafiə sisteminin sonuncunu alıb.

Cənub Press xəbər  verir  ki, bu barədə Almaniyanın “Der Spiegel” jurnalı mənbələrə istinadən yazır. Nəşr başqa təfərrüatları açıqlamayıb.  Keçən həftə Ukrayna Prezidenti Vladimir Zelenski Ukraynanın səmalarını qorumaq üçün lazım olan hava hücumundan müdafiə sistemlərinin yalnız dörddə birinə sahib olduğunu bildirib.  Həmçinin, onun sözlərinə görə, Rusiyanı havada üstünlüyündən məhrum etmək üçün Kiyevə 120-130 müasir təyyarə lazımdır. Aprel ayında Almaniyanın Diehl Defence şirkətinin rəhbəri Helmut Rauç Ukraynaya daha bir IRIS-T hava hücumundan müdafiə sisteminin veriləcəyini bildirmişdi. Bundan əvvəl ABŞ Ukraynanın hava hücumundan müdafiəsinin effektivliyinin nəzərəçarpacaq dərəcədə azaldığını bildirmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Yuxarı